Almaniya Bundesliqasının "Bavariya" - "Maynts" oyununda (8:1) gərgin anlar yaşanıb.
Yenisabah.az xəbər verir ki, görüşdə "Maynts"ın futbolçuları Yoşua Qilavoqi və Entoni Caci toqquşublar. Bu vaxt Qilavoqi yerə yıxılıb və hərəkətsiz qalıb. Onun dili qatlanıb. Matçın baş hakimi Patrik İtriç isə dərhal futbolçunun yanına qaçıb.
Referi oyunçuya kömək etməyə çalışıb. O, Yoşuanı yan tərəfə çevirib və onu boğulmaqdan xilas edib. pizza
Daha sonra duruma tibbi heyət müdaxilə edib.
Telegram kanalımız