Hakim Haalanddan avtoqraf aldı, tənqid edildi

saytların hazırlanması

Evə çatdırılma

Hakim Haalanddan avtoqraf aldı, tənqid edildi

İdman

07 Aprel 2021 12:40 724


Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" - "Borussiya" matçından sonra tənqidə səbəb olan anlar yaşanıb.

Yenisabah.az xəbər verir ki, görüşün yan xətt hakimi Oktavian Şövre qarşılaşma başa çatan kimi qonaq komandanın hücumçusu Erling Haalanda yaxınlaşıb. Rumıniyalı hakim 20 yaşlı hücumçudan ona avtoqraf verməsini istəyib. Norveçli oyunçu isə onun bu istəyini yerinə yetirib.

Hakimin belə addımı idman ictimaiyyətində futbolçular, məşqçilər və media nümayəndələri tərəfindən tənqid olunub.  pizza sifarişi

Qeyd edək ki, "Mançester Siti" - "Borussiya" matçı "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!