20 ildən artıq hakim işləmiş Neymanov İslam Əkrəm oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib.
“Yenisabah”ın məlumatına görə, İslam Neymanov iddia ərizəsində hakimlərə məzuniyyət dövründə verilən müavinat və müalicə haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsini tələb edib.
Qeyd edək ki, hakimin şikayəti ilə bağlı artıq 2 məhkəmə instansiyası qərar verib. Bu gün isə İslam Neymanovun şikayətinə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Ali Məhkəmədə baxılacaq. Dördpendirli pizza
Xatırladaq ki, İslam Neymanov 1992 – 2000-ci illərdə Bakı Qarnizonu Hərbi Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Sumqayıt Hərbi Məhkəməsinin sədri, 2007 – 2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-ci ildən isə Cəlilabad Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləyir. Onu da qeyd edək ki, İslam Neymanov Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi işlədiyi dövrdə general Rail Rzayevin ölümündə tqəsirli bilinənlərin cinayət işinə sədrlik edib.
Azər İsrafilov
Telegram kanalımız