Hakim səhvinə görə cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Hakim səhvinə görə cəzalandırıldı

İdman

11 May 2024 13:31 997


UEFA polşalı hakim Şimon Martsinyak Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Bavariya ” cavab matçında yol verdiyi səhvə görə cəzalandırıb.

Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, məlum ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşünün 68-ci dəqiqəsində "Bavariya" hesabı açsa da, "Real" 88 və 90+1-ci dəqiqələrdə fərqlənib.

Görüşün sonunda "Bavariya"nın futbolçusu Matteys de Liqt "Real"ın qapısına qol vurub. Bununla belə, baş hakim Şimon Martsinyak Münhen klubunun digər futbolçusu Nusayr Mazrauinin oyundankənar vəziyyətdə olduğunu hesab edərək, epizodun sonunu gözləmədən fit çalıb və ofsayd qeydə alıb. Nəticədə Münhen təmsilçisinin qolu sayılmayıb, "Real" mərhələ adlayıb. Dominos pizza

Bu qərar futbol ictimaiyyətində böyük səs-küyə səbəb olub. 

UEFA Avro-2024-ün açılış oyununun - iyunun 14-də Münhendə keçiriləcək Almaniya - Şotlandiya görüşünün idarəçiliyini Martsinyaka həvalə etməyi planlaşdırırmış. Lakin qurum referinin "Real" - "Bavariya" görüşündəki qərarını səhv hesab etdiyi üçün onu Almaniya - Şotlandiya matçına təyin etmək fikrindən daşınıb. 

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!