Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və tabeliyində işləmiş şəxslərin cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi sabah keçiriləcək.
Yenisabah.az xəbər verir ki, ötən prosesdə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyev növbəti məhkəmə iclasını sentyabrın 20-nə təyin etsə də, bu gün vaxtı dəyişdirilib. Bunun səbəbi bəlli deyil. Bəzi iddialara görə, hakim növbəti məhkəmə iclasını təyin edərkən mexaniki yanlışlıq edərək, günü səhv müəyyənləşdirib.
Məlumat üçün deyək ki, məhkəmə istintaqı artıq yekunlaşmaq üzrədir. Hazırda çıxışlar mərhələsidir. Ötən prosesdə müttəhimlər demək olar ki, son sözlərini deyiblər. Onların hamısı özlərini təqsirsiz hesab etdiklərini bildiriblər. Mövlam Şıxəliyev və digər təqsirləndirilən şəxslər törətdikləri əməllərlə bağlı məsuliyyəti keçmiş Baş prokuror Zakir Qaralov və birinci müavini olmuş Rüstəm Usubovun üzərinə atıblar. Marqarita pizza
Zərərçəkənlər isə onların dedikləri qismən razi olsalar da, Mövlam Şıxəliyev və digərlərinin əsas təqsirkar olduqlarını deyirlər. Zərərçəkənlər eyni zamanda həbs cəzası ilə kifayətlənmək niyyətində deyillər. Onlar zərərin də ödənilməsini tələb edirlər. Qaynarinfo
Telegram kanalımız