“Hakimə dedim ki, 1 həftə vaxt verin, tamaşamı oynayım” - Həbs edilən aktyor - Video

saytların hazırlanması

Evə çatdırılma

“Hakimə dedim ki, 1 həftə vaxt verin, tamaşamı oynayım” - Həbs edilən aktyor - Video

Sosial

21 Dekabr 2019 16:35 1460


ARB-nin "Rezonans" verilişi 6 il həbs cəzası almış Atakişi Musayev adlı aktyorla həmsöhbət olub.

"Yeni Sabah" xəbər verir ki, idarə etdiyi avtomobildə qəza törətdiyi üçün azadlıqdan məhrum edilən məhkum Xocalı soyqırımının ildönümü öncəsi həbs olunduğunu deyir:

"Hakimə dedim ki, heç olmasa 1 həftə vaxt verin, tamaşamı oynayım. Razı olmadılar". Pepperoni pizza

Atakişi Şabran şəhərindəki Mədəniyyət evində aktyor kimi fəaliyyət göstərib. Molla Nəsrəddin, Qazan xan, Şəhid ata, Kosa və bir çox obrazlar yaradıb. Bir neçə yaradıcılıq dərnəyi yaradıb. Uşaqlarla işləyib. Bir neçə musiqi alətində ifa edə bilir. Özünün dediyinə görə, şimal bölgəsində onun kimi tütək çala bilən yoxdur. Atakişi deyir ki, həmişə xeyirxah işlər görüb. Bərbər, sürücü kimi insanlara xidmət göstərib. 

Atakişi həbsxanada da yaradıcılıqdan uzaq düşməyib. O, həbsxananın ansanblının rəhbəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!