Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu cəzalandırıldı

İdman

12 Mart 2024 18:14 670


Azərbaycan Premyer Liqasının XXVI turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, komandasının 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində qırmızı vərəqə alan oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bu, “Araz-Naxçıvan”ın 3000 manat cərimələnməsinə səbəb olub. Görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə ediliblər. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ziyana düşüb. Pepperoni pizza

“Kəpəz” - “Neftçi” qarşılaşmasında birincilərin azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, Gəncə təmsilçisi 1000 manat cərimə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!