Hakimi vuran məşqçi 1 illik futboldan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Hakimi vuran məşqçi 1 illik futboldan uzaqlaşdırıldı

İdman

26 Noyabr 2019 11:08 1496


AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, komitə aşağı yaş qrupu üzrə liqalardakı qeyri-etik davranışları cəzasız qoymayıb.

U-12 Liqasının “Ağsu” – “Təhsil” (Saatlı) oyununda “Təhsil”in məşqçisi Mənəf Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə və fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. pizza

Region Liqasının “Ərkivan” – “Alyans” görüşündə birincilərin futbolçusu Telman Sağıyev aqressiv davranışa - hakimi vurmağa cəhd göstərdiyinə və hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb. Qarşılaşma başa çatdıqdan sonra “Ərkivan”ın digər oyunçusu Hilal Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlədib və o da 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Region Liqasının “Arpaçay” – “Kəngərli” matçında ikincilərin baş məşqçisi Fuad Həsənov hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

Region Liqasının Naxçıvan Dövlət Universiteti – “Sədərək” oyununda “Sədərək”in futbolçusu Yusif Fərzəliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Gənclər Liqasının “Sabah” – “Qarabağ” matçında hakimə qarşı təhqiredici ifadələr işlədən “Qarabağ”ın baş məşqçisi Samir Musayev isə növbəti 5 matçı tribunadan izləməli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!