“Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır“ - Qaqik Sarukyan

saytların hazırlanması

Evə çatdırılma

“Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır“ - Qaqik Sarukyan

Hadisə

21 Noyabr 2020 09:47 798


“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə “168.am”a müsahibəsində "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan bildirib.

"Onlar (Ermənistan hakimiyyəti - red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, - müxalif siyasətçi deyib. (Report) Marqarita pizza

Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar", - o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!