Hakimiyyəti bölə bilmədilər, 34 nazirlik yaratdılar

saytların hazırlanması

Evə çatdırılma

Hakimiyyəti bölə bilmədilər, 34 nazirlik yaratdılar

Dünya

18 May 2020 10:54 853


İsraildə baş nazir Benjamin Netanyahu və siyasi rəqibi Beni Qantzın yaratdığı koalisiya hökuməti parlamentin təsdiqindən sonra and içib. 

Yenisabah.az xəbər verir ki, beləliklə, İsraildə 2018-ci ildən bəri davam edən hökumət böhranı bu gün rəsmi şəkildə başa çatıb. 

Bildirək ki, Netanyahu hazırkı baş nazir kimi, Qantz isə ehtiyat baş nazir, gələcək baş nazir və müdafiə naziri olaraq and içib.  pizza

Netanyahu andiçmə mərasimindən əvvəl verdiyi açıqlamada Qərb sahilinin bəzi bölgələrinin ilhaq edilməli olduğunu vurğulayıb. Onun fikrincə, bu ilhaq bölgəyə barış gətirəcək: "Bu ərazilər Yəhudi xalqının doğulduğu və böyüdüyü yerlərdir. Burada İsrail qanunlarını tətbiq etmənin və sionizm tarixinin şanlı bir bölümünü qələmə almanın zamanı çatıb". 

Qeyd edək ki, İsraildə qurulan koalisiya hökuməti 34 nazirlik ilə ölkə tarixindəki ən çox nazirliyin olduğu hökumətdir. Digər tərəfdən 2018-dən bəri İsraildə 3 erkən seçki keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!