Hakimlər La Liqanı boykot edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Hakimlər La Liqanı boykot edə bilər

İdman

18 Aprel 2023 16:05 729


Futbol üzrə İspaniya La Liqasının və Sequndanın hakimləri sözügedən turnirləri boykot edə bilərlər.

Yenisabah.az "El Partidazo de COPE"yə istinadla xəbər verir ki, buna onların tənqid edilməsi səbəb olub.

Referilər növbəti iclasda liqaların dayandırılmasına səbəb olacaq mümkün matçları boykot etməyi müzakirəyə çıxaracaqlar. pizza mizza

Bu yaxınlarda "Polilyas"ın gənclərdən ibarət bir neçə oyunçusu və onların qohumları "Kalavera" ilə qarşılaşmada referi Antonio Pozoya hücum edib. Hətta onu döyərək müxtəlif bədən xəsarətləri də yetiriblər.

Bundan əlavə, La Liqadakı bir neçə klub VAR-ın tətbiqinə rəğmən hakimlərin səhvə yol verdiyini əsas gətirərək onları kəskin tənqid edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!