Hakimlərimizə VAR icazəsi

saytların hazırlanması

Evə çatdırılma

Hakimlərimizə VAR icazəsi

İdman

31 May 2019 15:29 1066


Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçirilib. 

“Yeni Sabah” AFFA-nın saytına istinadən xəbər verir ki, turnirin sonunda setrifikat alan hakim və hakim köməkçilərinin VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala bilməsi üçün UEFA tərəfindən IFAB-a müraciət edilib və müsbət cavab alıb. 

Bununla bağlı UEFA-dan AFFA-nın Hakimlər Komitəsinə məlumat daxil olub. Məlumatda bildirilir ki, FIFA referisi Əliyar Ağayev, FIFA referi köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!