Hakimlərin “CBC Sport “da müsahibələri təşkil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Hakimlərin “CBC Sport “da müsahibələri təşkil olunacaq

İdman

28 Sentyabr 2021 15:25 618


Azərbaycan Premyer Liqasının oyunlarından sonra hakimlərin CBC Sport telekanalında müsahibələri təşkil olunacaq.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanaraq, qərar qəbul edib.

Bu zaman hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınıb. pizza

Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.

Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!