“Hakken” - “Qarabağ” oyununu avstriyalı hakim idarə edəcək

“Hakken” - “Qarabağ” oyununu avstriyalı hakim idarə edəcək

İdman Veb saytların hazırlanması

03 Oktyabr 2023 13:03 369


İsveçdə yerli "Hakken" və "Qarabağ" komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb. 

Yenisabah.az məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. 

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək. 

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq. 

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!