"Evimdəki oğuluq hadisəsinin üstündən 1 ildən çox vaxt keçib. Amam bu günə kimi oğru tapılmayıb".
Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva İnstaqramda açdığı canlı yayımda deyib. Sənətçi bir il əvvəl evinin soyulmasından danışıb. O, təəssüflə qeyd edib ki, qızıl və pullarını götürən şəxs hələ tapılmayıb:
"Hər ay bir müstəntiq dəyişdi. Axırda yorulub bir kənarda dayandım. O qızıllar, pullar halallıqla alınmışdı. Gəlinliyim, ata evimdən gətirdiyim və yoldaşımın halal qazancı ilə aldıqları idi. Heç vaxt heç kimin 1 qəpiyinə göz tikmədim. Atam halal çörək yedizdirib. Halalıma haram qatıb evimə girib qızıllarımı götürdü. Mənə elə bir qorxu yaşatdı ki... Onu bağışladım, amma Allah bağışlamasın". pizza hut
Telegram kanalımız