Halland qazaxları darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

Halland qazaxları darmadağın etdi

İdman

18 Noyabr 2024 10:20 620


UEFA Millətlər Liqası B qrupunda Norveç doğma meydanda Qazaxıstanı qəbul edib. Oyun meydan sahiblərinin 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, “vikinqlərin” heyətində ulduz forvard Erlinq Halland xet-triklə yadda qalıb. Gənc superstar bununla milli kariyerasında çıxdığı 38 oyunda 35-ci qolunu vurub. Norveçlilərin digər qollar Sörlot və Nusadan gəlib. 

Bu nəticə ilə Norveç millisi xallarının sayını 13-ə yüksəldib və A qrupuna vəsiqə qazanıb. Qazaxıstan isə 1 xalda qalıb. pizza

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!