“Hamı 2 görüşdən qələbə gözləyir“ - Latviyalı futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Hamı 2 görüşdən qələbə gözləyir“ - Latviyalı futbolçu

İdman

25 Mart 2022 14:22 437


"Hər kəs - futbolçular, məşqçilər və azarkeşlər qarşıdakı iki görüşdən qələbə gözləyir".

Yenisabah.az xəbər verir ki, bunu Latviya millisinin futbolçusu Renars Varslavan Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

RFS klubunda çıxış edən 21 yaşlı hücumçu əsas məqsədlərinin UEFA Millətlər Liqası matçlarına hazırlaşmaq olduğunu bildirib: "Həmin qarşılaşmalara tam hazır olmaq baxımından bu iki görüş çox vacibdir. Ümid edirəm ki, mənə özümü sübut etmək imkanı veriləcək və ən yaxşı performansımı sərgiləyə biləcəyəm. Fiziki cəhətdən tam hazıram. Sadəcə, bunu sübut etmək üçün fürsət gözləyirəm". Marqarita pizza

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!