“Hamı həddini bilsin! Allaha and olsun...”  - Taleh Yüzbəyovun xanımı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

“Hamı həddini bilsin! Allaha and olsun...” - Taleh Yüzbəyovun xanımı hədələdi

Şou

23 Noyabr 2024 09:14 978


Aktyor və rejissor Taleh Yüzbəyovun ötən gün qəzaya düşən həyat yoldaşı, bloqer Xatirə Yüzbəyova sosial şəbəkələrdə haqqında yazılan neqativ şərh və mesajlara "üsyan" edib.

Yenisabah.az xəbər verir ki, bloqer şərhlərdə onu təhqir edənləri hədələyib:

“Gün ərzində o qədər mənfi rəy alıram. İnanın hamısına əslində cavabı olardı. Hamısına! Mən söz altında qalan insan deyiləm. Sadəcə sizi nə mənfi enerji ilə boğmaq, nə də öz enerjimi buna xərcləmək istəmirəm. Artıq çəkim olanda “boçka”, “inək” və s. yazanlar indi “Nə günə düşmüsən?” və ya başqa şeylər yazırlar. Amma buradan da deyim ki, mən sizə görə riskə getmədim, özümə görə elədim. Səhifəm açıqdır deyə ağzınıza gələni yazmağa ixtiyarınız yoxdur. Sizə elə şeylər yazaram ki, dəymişiniz qala-qala kallarınız tökülər. Mənim də səbr kasamın dolduğu bir hədd var. Cavab verməyəndə də, verəndə də özünüzü bir şey zənn edirsiniz. Hamı həddini bilsin! Allaha and olsun, içimdə yığılan bütün neqativi üstünüzə tökərəm. Bundan sonra illərlə təmizlənə bilmərsiniz”. pizza sifarişi

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!