“Hamı kimi biz də Qarabağı istəyirik” – Sənət adamlarından orduya   DƏSTƏK

saytların hazırlanması

Evə çatdırılma

“Hamı kimi biz də Qarabağı istəyirik” – Sənət adamlarından orduya DƏSTƏK

Şou

16 İyul 2020 12:48 1020


Ermənistanın Tovuzda törətdiyi təxribat nəticəsində həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və yaralananlar var. Azərbaycanlı sənət adamları da baş verənlərə səssiz qalmır. 

Yenisabah.az-a danışan Xalq artisti Gülyaz Məmmədova əsgərlərimizin şəhid olması xəbərlərinə üzüldüyünü bildirib:

“Nə deyək, heç bilmirəm. Bütün xalq eyni şeyi düşünür – Qarabağımızın geri qayıtmasını. Biz istəmirik əsgərlərimiz şəhid olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, xəbərlər gəldikcə çox üzüldük. Hamımızın yaralı yerimizdir. Təki tezliklə bu bəladan qurtulaq. Bir yandan koronavirus xəstəliyi insanları narahat edir, xəstəlik baş alıb gedir. Bir yandan da torpaq dərdimiz. Hamısı bir-birinə qarışıb. Bircə sonunun xeyirli olmasını istəyirik. Təki bizim tərəfdən xeyirli bitsin. Çünki Qarabağımız canımızın bir parçasıdır. Elə şey ola bilərmi ki, insan oranı istəməsin?. Əminəm ki, ordumuz düşmənə layiq olduğu cavabı verəcək”. Dördpendirli pizza

Sənətçi Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüş barədə də danışıb:

“Yürüşün siyasi məqamlarına biz qarışa bilmərik. Biz hamımız bir-birimizə dəstəyik. Amma təbii ki, dövlətimiz nə qərar versə, onunla razılaşacağıq. Özbaşınalıqlar lazım deyil. Hamı Qarabağı istəyir və ayağa qalxıb, burada başqa bir şey yoxdur. Sonradan yürüşdə nəsə olubsa, biz onlara qarışa bilmərik. Düzdür, xoşagəlməz şeylər baş verdi, amma buna dövlət qərar verəcək, biz nə karəyik, sənət adamlarıyıq, öz işimizlə məşğuluq. Hər şeyin bir tədbiri, cəzası var. Baş verənlər barədə də bir tədbir görəcəklər”. 

Əməkdar artist Vasif Məhərrəmli də hamı kimi xəbərlərdən sarsıldığını və müharibənin tərəfdarı olduğunu deyib: “Hamı kimi baş verənləri izləyirəm. Bütün Azərbaycan necə düşünürsə, mən də elə. Müharibə istəyənlər var düzdür, elə mən özüm də müharibənin tərəfdarıyam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!