Hamı kimi normal bir insanam - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

Hamı kimi normal bir insanam - Xalq artisti

Şou

18 İyun 2024 10:07 15021


"Mənim uşaqlıq şəklim yoxdur. Atam və anam ömür boyu dava edib, boşanıblar. Heç birinin ağlına gəlməyib ki, bir dəfə olsun uşaqların şəkillərini çəkim, böyüyəndə kiməsə göstərsinlər. Oğlum Hüseynə göstərəcək uşaqlıq fotom yoxdur".

Yenisabah.az teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan "Elgizlə izlə" verilişində deyib:

"Hüseynə deyirəm ki, 9-cu sinifdə oxuyursan, "vinetka" şəkil çəkdirərsən. Hara gedirəmsə, onun şəkillərini və videolarını çəkirəm. Çünki o, indi uşaqdır, anlamır, amma böyüyəndən sonra ona lazım olacaq". Dominos pizza

Röya Ayxan bildirib ki, dünyanın ən xoşbəxt qadınıdır: "Mən o qədər rahatam. Çünki bütün həyatımı istəyərək yaşamışam. Əgər birini sevmişəmsə, ayrılanda da əziyyət çəkmişəmsə, onu da insanlarla birgə yaşamışam. Ayıb deyilən bir şeyim yoxdur. Hamı nəyin necə olduğunu bilir. Sevginin ən lüksunu və ən pisini yaşaya bilərəm. Dava da etsəm, ən pisini və ən yaxşısını edə bilərəm.

Mən də hamı kimi normal bir insanam. Sadəcə olaraq, Allah məni yaradanda deyib ki, sənə bu taleyi yazıram, get ailənlə xoşbəxt ol. Dünyanın ən xoşbəxt qadınıyam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!