Hamı YAP-ın siyahısını gözləyir - İclas nə vaxt olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Hamı YAP-ın siyahısını gözləyir - İclas nə vaxt olacaq?

Siyasət

02 İyul 2024 12:20 472


1 sentyabra təyin edilən növbədənkənar parlament seçkiləri ilə bağlı əksəriyyət namizədliyini irəli sürməyə tələsmir, Yeni Azərbaycan Partiyasının siyahısını gözləyir. Çünki geniş resurslara malik olan YAP-ın istənilən dairədə öz namizədi ilə mübarizə aparmaq gücü var. 

Bu baxımdan iddiaçılar YAP-ın hansı dairələrə üstünlük verdiyi, hansı dairələrdən nüfuzlu və rəqabət aparılması çətin olan namizəd irəli sürəcəyini hesablamağa çalışırlar. Eyni zamanda, YAP-ın neçə dairədən namizəd irəli sürməyəcəyi, onu rəqiblərinə güzəştə gedəcəyi də hazırda həssas suallardandır. 

YAP-ın mətbuat xidmətindən Axar.az-a bildirildi ki, hakim partiyanın seçki siyahısı İdarə Heyətinin iclasında təsdiqlənəcək.  Marqarita pizza

İclasın nə vaxt keçiriləcəyi ilə bağlı isə məlumat olmadığı vurğulandı. 

Redaksiyaya daxil olan məlumatda isə YAP İH-in yaxın 3 gün ərzində iclasını keçirəcəyi və siyahını elan edəcəyi iddia edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!