“Hamımız “Qarabağ”dan qələbə gözləyirdik” - Fərid Qayıbov

saytların hazırlanması

Evə çatdırılma

“Hamımız “Qarabağ”dan qələbə gözləyirdik” - Fərid Qayıbov

İdman

03 Avqust 2023 00:49 1483


"Bu gün biz hamımız "Qarabağ"dan qələbə gözləyirdik".

Yenisabah.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün feysbuk səhifəsində yazıb.

"Qarabağ"ın Bakıda Polşa "Rakuv"u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib: Dördpendirli pizza

"Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram".

Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan "Qarabağ" iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. "Köhlən atlar" turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!