“Hamını “Jeep”imə mindirib Qarabağa aparacam”   – Səməd Səmədov

saytların hazırlanması

Evə çatdırılma

“Hamını “Jeep”imə mindirib Qarabağa aparacam” – Səməd Səmədov

Şou

07 Oktyabr 2020 16:04 1997


“Məbadə döyüşü dayandırsınlar. Mən Rusiya kanallarına da baxıram, orada qeyd olunur ki, Nikol Paşinyan bizim şərtlərimizlə razılaşmaq istəyir”.

Bu sözləri son günlər cəbhədə baş verən hadisələrlə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xalq artisti Səməd Səmədov söyləyib.

Sənətçi bildirib ki, Qarabağın tezliklə tamam azad olunacağına şübhəsi yoxdur: Pepperoni pizza

“Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, əsgərlərimizi, zabit və generallarımızı qorusun. Qadınlar sevinc gözyaşı tökür, biz kişilər də qürur duyuruq. Əsgərlərimizə, Ali Baş Komandanımıza eşq olsun, biz onlarla fəxr edirik. Əminəm ki, Qarabağın bütün işğal altında olan torpaqları  azad olacaq. Mənim bütün dostlarımın maşını sedan növündəndir, amma məndə “Jeep”dir. Onların hamısını “Jeep”imə mindirəcəyəm, aparacam o torpaqlara. Onlara söz vermişəm ki, sizi Qarabağa aparacam və orada əvvəl yaşadığınız yerləri mənə göstərərsiniz. Torpaqlar azad olmayınca dayanmaq olmaz, heç kəslə danışıq aparmaq olmaz. Torpaqları boşaltsınlar, ondan  sonra oturub söhbət edərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!