“Hansı ağılla qələbə və ya heç-heçə gözləyirdiniz?” 

saytların hazırlanması

Evə çatdırılma

“Hansı ağılla qələbə və ya heç-heçə gözləyirdiniz?” 

İdman

06 Sentyabr 2025 10:09 353


“Başdan demişdilər ki, əlimizdən gələni edəcəyik! Əllərindən gələni söz verdikləri kimi etdilər!”

“Yeni Sabah” xəbər verir ki, bu ironik fikirləri millət vəkili Fazil Mustafa futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 5:0 hesablı məğlubiyyətinə münasibət bildirərkən sosial şəbəkədə yazıb. 

Millət vəkili qeyd edib ki, futbolçular əlləri ilə nə topa toxundular, nə də qol vurdular: Marqarita pizza

“5-0 fikrimcə faciəli hesab deyil! Futbol idarəçiliyində beşcə nəfər futbol anlayan adam olmayanda hansı ağılla İslandiya səfərindən qələbə və ya heç-heçə gözləyirdiniz? 

Ancaq nədənsə futbolçularımız ayaqlarından gələni edə bilmədilər! Sadəcə ağlına gələnləri etdilər və sevindirici nəticə göz qabağındadır! Allahı sevərsiniz, növbəti oyunda ayağınızdan gələni etməyə söz verin!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!