Bu il hansı ərazilərdə yeni məktəb binaları tikiləcək? - Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu il hansı ərazilərdə yeni məktəb binaları tikiləcək? - Nazir açıqladı

Sosial

27 Yanvar 2020 08:29 857


"Azərbaycanda müsbət demoqrafik artım var. Son illərdə ümumi təhsil sahəsində orta hesabla şagirdlərin sayı 50 min nəfər artıb. Bir sıra yaşayış məntəqələrində kifayət qədər yüksək şagird sıxlığı mövcuddur".

"Yeni Sabah"ın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında bildirib.

"Bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində şagird sıxlığı mövcuddur. Adları çəkilən ərazilərlə bağlı tapşırıqlar icra olunmaqdadır. Belə ki, layihələndirmə işlərinin aparılması, əlavə torpaq sahələrinin ayrılması, əlavə məktəb korpuslarının inşası nəzərdə tutulub. Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq”, - deyə nazir qeyd edib.  Dördpendirli pizza

Nazir ötən il 84 yeni məktəbin tikildiyini, Heydər Əliyev Fondunun dəstəyi ilə yüzlərlə məktəbin əsaslı təmir olunduğunu diqqətə çatdırıb. 

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!