“Hansı müğənni nə dedi, nə geyindi...” –   Deputatdan gənclərə irad

saytların hazırlanması

Evə çatdırılma

“Hansı müğənni nə dedi, nə geyindi...” – Deputatdan gənclərə irad

Sosial

03 Oktyabr 2019 14:23 1298


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib ki, Azərbaycanda insanlar özləri könüllü şəkildə tibbi maariflənməyə çox meyilli deyillər.

Deputat hesab edir ki, maarifləndirmə işini üzərinə götürən qurumlar da bu istiqamətdə yetərli qədər fəal deyillər. Ona görə də həmin qurumların fəallığının artmasına ehtiyac var. pizza mizza

Q.Paşayeva əlavə edib ki, tibbi maarifləndirmənin zəifliyinin çox ciddi fəsadları var və bunlar nəticə olaraq qarşımıza çıxır: 

"Bu hallar gənclərimizin də arasında var. Onlar günün bir saatını lazımsız, onun həyatı üçün önəmli olmayan teleseriala baxmağa həsr edirlər. Yaxud hansı müğənni nə dedi, nə geyindi, hansı maşını sürdü - bu kimi verilişlərə 1-1,5 saat zaman ayırırlar. Bunu hətta savadlı, universitet təhsili olan gənclərimiz belə edirlər. Amma onlar gün ərzində yarım saat, həftədə heç olmasa, 1 saat ərzində sağlamlıqla bağlı nə isə oxumur. Buna görə də maarifləndirmə işləri genişləndirilməli, bunu həyata keçirən qurumlar öz fəallıqlarını ciddi şəkildə artırmalıdırlar".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!