Hansı ölkələrdə milyonçuların sayı artıb? - İlginc rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Hansı ölkələrdə milyonçuların sayı artıb? - İlginc rəqəmlər

İqtisadiyyat

22 Oktyabr 2019 13:38 1472


İsveçrə bankı olan “Credit Suisse”nin qlobal sərvət araşdırmalarına görə, hazırda dünyada 1 milyon dollardan çox sərvəti olan 46,8 milyon insan var.

“Yeni Sabah” xarici mediaya istinadən bildirib ki, bu il ABŞ-da milyonçular siyahısına 675 min nəfər əlavə olunub. Milyonçuların sayının artdığı digər 3 ölkə isə Yaponiya (187 min nəfər), Çin (158 min nəfər) və Almaniyadır (65 min nəfər). 

Bəzi ölkələrdə isə milyonçuların sayı kəskin azalıb. Milyonçuların sayının ən çox  azaldığı ölkələr siyahısında birinci yeri 124 min nəfərlə Avstraliya tutub. İngiltərədə 27 min nəfərin, Türkiyədə isə 24 min nəfərin adı milyonçular siyahısından çıxıb.  Marqarita pizza

Təxminlərə görə, qlobal sərvət son bir ildə cəmi 2,6% artıb, ancaq 2024-cü ilədək 27% artaraq 459 trilyon dollara çatacaq. Qarşıdakı 5 il ərzində milyonerlərin sayı isə 63 milyona qədər artacaq.

Qeyd edək ki, hazırda dünyanın ən varlıları dünya əhalisinin yalnız 10%-ni əhatə edir. Yerdə qalan 90% isə qlobal sərvətin yalnız 18%-nə sahibdir. Bu nisbət 2000-ci ildə 11% idi. 

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!