Hansı səbəbdən artıq çəkidən xilas ola bilmirik? 

saytların hazırlanması

Evə çatdırılma

Hansı səbəbdən artıq çəkidən xilas ola bilmirik? 

Sağlamlıq

17 Aprel 2023 11:25 8351


Hal- hazırda artıq çəki müasir dövrümüzün bəlasına çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının Statistikalarına nəzər yetirsək görərik ki, son 20 ildə obezite dünya əhalisi arasında 2 dəfə artmış durumdadır. Diyetoloq, dr. Aysel Məmmədova bu mövzuda “Yeni Sabah”ın suallarını cavablandırıb:

- Obezitenin bu qədər geniş yayılmasında  səbəb nədir? 

- İlk öncə qidalanma zamanı yol verilən yanlışlardır. Qidalanma fiziki və duyğusal ola bilir ki, fiziki qidalanma orqanizmin təməl ehtiyaclarını ödəmək üçün lazımı enerjini qidalardan almasıdır. Duyğusal qidalanma isə ac olmadığı halda yemək yemə istəyidir. Çox hallarda şəxsin gərgin və stresli zamanlarında kontrolsuz şəkildə aşırı qida qəbul etməsidir. Marqarita pizza

Ən geniş yayılmış digər səbəblərdən biri  də hal-hazırda vitrinlərdə işləm görmüş qidaların sayı təbii, orqanik məhsullardan qat-qat çox olması və işlənmiş qidaların lif, vitamin, minerallardan kasad olmasıdır. Bu cür qidalardan istifadə edən insan sayının çoxluq təşkil etməsidir.

Hər hansı patoloji halın olması obeziteyə gətirib çıxara bilir. İnsulin dirənci, tiroid hormon və s. faktorlar

Digər faktor yuxu ritminin pozulmasıdır. Yuxusuzluq bədənin bioloji ritminə mənfi təsir edir, bu zaman insanlarda qan şəkəri requlyasiyası pozulur və iştahanın artması ilə nəticələnir. Buna səbəb ghrelin hormonunun artması və leptin hormonunun səviyyəsinin azalmasıdır. Bu səbəbdən də orqanizmin şəkərli qidaya olan tələbatı artır. Araşdırmalar göstərir ki, 1 həftə ərzində 4 saat yatan insanlarda insulin rezistentliyi (dirənci) artdığı göstərilmişdir. 

-  Bəs sağlam qidalanma necə olmalıdır, sağlam çəkidə qalmaq istəyən şəxslər nələrə diqqət etməlidir?

- İlk öncə orqanizmin ehtiyacına uygun olan kalorini qida ilə qəbul etmək məsləhətdir. Gün ərzində 3 dəfə qidalanmağa üstünlük verilməlidir və gec saatlarda qida qəbulunu azaltmaq vacibdir.Rasionda mütləq zülal, karbohidrat,yağ və lifli qidalara yer vermək lazımdır. Çox gec saatlarda yuxuya getmədən 7-8 saatlıq gecə yuxusunu təmin etmək önəmlidir.

Diyetoloq məsləhəti üçün bu LİNKƏ baxın!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!