Hansı ulduz “Qarabağ“ı tərk edir?   – Onunla 4 klub maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

Hansı ulduz “Qarabağ“ı tərk edir? – Onunla 4 klub maraqlanır

İdman

11 May 2020 13:47 1115


"Qarabağ”ın ispaniyalı legioneri Miçel mövsümün sonunda iş yerini dəyişməyə çox yaxındır.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, yarımmüdafiəçi ilə 4 xarici klub maraqlanır.

Onlardan biri isə İspaniyanın Sequndasında mübarizə aparan "Sportinq”dir. Əsas komandada çıxdığı 138 matçda 7 qol vuran Miçel özü də vətəninə qayıtmaqda maraqlıdır. Tərəflərin ilkin danışıqları müsbət nəticələnib. Sezar pizza

Xixon təmsilçisi sözügedən futbolçu üçün doğma klubdur. 18 yaşında "Oviedo"dan "Sportinq”ə keçən yarımmüdafiəçi 2004/2005 mövsümüdə klubun B komandasında oynayıb.

Ardından əsas heyət üzvünə çevrilən yarımmüdafiəçi 5 il əsas komandanın uğurları üçün tər töküb, 2008-ci ildə isə "qırmızı-ağlar”ın sıralarında La Liqada oynamaq hüququ qazanıb.

Azərbaycanda 5 ili arxada qoyan 35 yaşlı legionerin geitmək ehtimalı həqiqətən yüksəkdir. Baxmayaraq ki, 1 illik müqaviləsi hələ qalmaqdadır. İş ondadır ki, Qurban Qurbanov ispaniyalıya daha əvvəlkitək isti münasibət bəsləmir.

Miçelin gündəlik həyat tərzi ilə yanaşı, kollektiv daxilində özünü aparması baş məşqçi ürəyincə deyil. təcrübəli mütəxəssis onu dəfələrlə məşq prosesindən uzaqlaşdırıb, intizamsız hərəkətləri səbəbindən böyük məbləğdə cərimələyib. (SPORTİNFO.AZ)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!