Hansı Xalq artisti 50 manata toya gedir? - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Hansı Xalq artisti 50 manata toya gedir? - Cavab

Şou

13 Mart 2020 17:55 1635


Müğənnilərin toy qiymətləri həmişə mübahisə mövzusu olub. Bəzi sənət adamlarının 12-15, hətta 20 min manata toya getdikləri iddia olunur. Amma bu iddiaların doğruluğuna inanmayan, bəzi müğənnilərin öz piarları ilə məşğul olduğunu düşünənlər də az deyil. “Xalq artisti”, “Əməkdar artist” titulunu daşıyan adamların hətta “su qiyməti”nə toya getdiyini söyləyənlər də var.

Yenisabah.az xəbər verir ki, çox ucuz qiymətə toya gedən, amma bunu gizli saxlayan sənət adamlarının sırasında xalq artistləri Bilal Əliyevin, Səməd Səmədovun, əməkdar artistlər Nüşabə Ələsgərlinin, Firuzə İbadovanın, Cavanşir Məmmədovun adları daha çox hallanır. İddialara görə, bu müğənnilər paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən şadlıq evlərinin biriylə davamlı əməkdaşlıq edir, hər toyda ifa etdikləri iki-üç ifaya görə cəmi 50 manat qonorar alırlar.

Xalq artisti Bilal Əliyev özü və həmkarlarıyla bağlı səslənən bu iddiaların əsassız olduğunu deyib: “Müğənnilərin toylara neçəyə gedib-getməməsi ilə maraqlanan insanlara bunun nə isti-soyuğu var?! Müğənni lap elə gedir tualet təmizləyir. Bunun kimə nə dəxli var? Dünya bu saat od tutub yanır, koronavirus tüğyan edir, insanlar ölüm-qalım məsələlərini həll edirlər, murdar-murdar insanlar da düşüblər ortalığa müğənnilərin pulunu müzakirə edirlər. Müğənni toya istəyər havayı gedər, istəyər 50 manata gedər, istəyər toyda hambal, sürücü işləyər və ya 1 milyon manata gedib oxuyar. Sizə bir şey deyim, mən ad çəkmək istəmirəm, amma Azərbaycanın ən məşhur müğənnilərindən biri, Xalq artisti, yaxud Əməkdar artist haqda bir gün eşidə bilərsiniz ki, toya havayı gedib, bir gün eşidərsiniz ki, 20 manata gedib, başqa bir gün isə eşidərsiniz ki, həmin adam toya 50-100 min manata gedib. Müğənni də insandır, baxır hansı yerə gedir”. Pepperoni pizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!