“Hansısa cinssiz azlıq müzakirəyə çıxarılır və...” - Politoloq Milli Şura haqda

saytların hazırlanması

Evə çatdırılma

“Hansısa cinssiz azlıq müzakirəyə çıxarılır və...” - Politoloq Milli Şura haqda

Siyasət

18 May 2020 09:30 1051


“Bəşəriyyət ağrılı problemlərdən olan koronavirus pandemiyasından xilas yollarını müzakirə etdiyi bir dönəmdə Milli Şuranın siyasi qeybətlə məşğul olması təəssüf doğurur”.

Bu sözləri Yenisabah.az-a politoloq Qabil Hüseynli Milli Şuranın Koordinasiya Mərkəzinin qapalı iclasından yayımlanan videogörüntülərə münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, iclasda bayağı söhbətlərin edilməsi, digər siyasi qüvvələrin, ictimai şəxslərin aşağılanması Milli Şuraya ciddi siyasi qurum kimi yanaşılmasının yanlış olduğunu göstərir. “Videokonfrans şəklində iclas keçirərək yeni dövrün tələblərinə uyğun olduqlarını göstərmək istəyirlər. Amma orada ictimai şəxslər təhqir edilir, hansısa cinssiz azlıq müzakirəyə çıxarılır və hətta bu məsələdə də onların arasında fikir ayrılıqlarının olduğu görünür. Bu səbəbdəndir ki, həmin görüntülər yayıldıqdan sonra Milli Şuranın intellektualrından olan Eldəniz Quliyev istefa verdi və quumu qınadı. Ondan sonra isə Vətəndaş Həmtəyliyi Partiyasının təmsilçisi Rafiq Manaflı Milli Şuradan çıxdı. Bu videolardan həm də o aydın oldu ki, Milli Şuranın sədri prosesi nəzarətdə saxlaya bilmir, baş verənlərdən məlumatlı deyil və s.”, - deyə Qabil Hüseynli bildirib. Dördpendirli pizza

Politoloqun fikrincə, bu məsələnin gündəm olması da xüsusi əhəmiyyət kəsb etmir. “Milli Şura artıq öləzimiş, siyasi proseslərə təsir imkanları olmayan dedi-qodu səviyyəli müzakirələr aparılan bir quruma çevrilib. Bu qurumun hakimiyyətə iddialı olması, “bir aydan sonra gəlirik”, “beş aydan sonra gəlirik” deməsinin artıq əhəmiyyəti yoxdur. Cəmiyyət onları qəbul etməyəcək”, - deyə Qabil Hüseynli əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!