“Hansısa məmurun qabağını kəsdin, o da belə etdi”   – Məşhurlar Kamildən yazdılar

saytların hazırlanması

Evə çatdırılma

“Hansısa məmurun qabağını kəsdin, o da belə etdi” – Məşhurlar Kamildən yazdılar

Şou

13 May 2020 15:29 2861


Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib. O, xüsusi karantin rejimini pozduğuna görə Nərimanov rayon Məhkəməsinin hökmü ilə 10 sutka azadlıqdan məhrum olunub.

Yenisabah.az xəbər verir ki, fitness məşqçisinin həbs edilməsinə şou nümayəndələri də biganə qalmayıb. Onlar sosial şəbəkələrdə paylaşım edərək Kamilə dəstək olublar. 

Aparıcı, prodüsser Tarix Əliyev “Mən də bir çoxları kimi bu xəbərə üzüldüm, amma düşünürəm ki, 10 gün uzun müddət deyil. Allah Kamilə can sağlığı versin. Tez bir zamanda balasına qovuşmağı diləyirəm” – deyə yazaraq Kamillə fotosunu paylaşıb.  Toyuqlu pizza

Kərim Abbasov: “Bu yaxşılıqları Kamil Zeynallı, sən Türkiyədə etsəydin bu dəqiqə hər kəs ayağa qalxmışdı və sənin azad olmağını istəyərdilər. Özünü bu yollarda şətir şıllağı etdin, ay yetim. Axırda da “karantin rejimini pozdu deyib” içəri basdılar. Ay mənim bəxtsiz qardaşım, bura Azərbaycandır. Hansısa məmurun qabağını kəsdin, onun nöqsanlarını açdın və o da belə etdi. Allah qapını açsın, mənim fəxrim”. 

Aktrisa Könül Yusifqızı “Kamil, Allah qapını açsın, səninləyik. Qanun qarşısında boynumuz qıldan incədir amma. Bu çətin karantin dönəmində heç o təkəbbürlə danışanlar, səni bəyənməyənlər sənin etdiyin yaxşılıqların bir qramını da edə bilmədilər. Kişilikdən, mərdlikdən dəm vuran adamcıqlar sən ola bilmədi. Elə yekə-yekə danışanlar danışmaqdan başqa zatən bir işə yarımırlar. Sən isə danışığına görə də atdığın addımların göz qabağındadır. Ha reklam olsun, ha qeyri reklam,fakt nə qədər ailənin ehtiyaclarını təmin etdin, ha özün etdin, ha dostların etdi, nə fərq edər ki, fakt bu təşşəbüsü sən etdin və sən başlatdın. Bu karantində mən özüm şəxsən dostlarım içində də yadlar içində də kimin, kim olduğunu gördüm... Bu karantin çox adamın iç üzünü göstərdi. Sən ola bilər kobud danışarsan, ola bilər, səsinin tonunu qaldırasan, amma karantində də, karantinə qədər də sənin bir üzün olduğunu sübut etdin - mərhəmətli və mərd. Allah kömək olsun, tezliklə balanın, ailənin yanına qayıdasan”.

Qeyd edək ki, Kamil Zeynallı karantin dövründə kasıb ailələrə etdiyi yardımları ilə bir çox sosial media istifadəçilərinin rəğbətini qazanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!