“Hansısa tütək çalan sənətimə qiymət verə bilməz” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Hansısa tütək çalan sənətimə qiymət verə bilməz” - VİDEO

Şou

29 Yanvar 2025 11:01 335


Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı "Heç bir opera müğənnisi "Dilbərim"i belə təmiz oxumur" açıqlamasını tənqid edib.

Axşam.az xəbər verir ki, onun tənqidi fikirlərinə İ.Kərimovun cavabı gecikməyib.

"Gün ortası" verilişinə zəng edən İ.Kərimov "Hansısa tütək, klarnet çalan sənətimə qiymət verə bilməz. Heç onu tanımıram. Mən "Sevil", "Balaş" oxumuşam.  Toyuqlu pizza

Daha sonra Hüseyn verilişə telefonla bağlanaraq "Böyük Məşədi Məhəmmədin oğluyam. Rafiq Babayevlə 4 ifası İntiqam Kərimovun bütün həyat və yaradıcılığından artıqdır. O ki qaldı savada: 3 diplomum var, magistraturanı bitirdim. Hansısa restoranda yox, Londonda salonda konsert vermişəm" sözlərini söyləyib.

Qeyd edək ki, Hüseyn İntiqamın ünvanına "İntiqam müəllim, siz bu günə kimi nə oxumusunuz? Siz Aygün Bəylər, Elçin Cəlilovun müəllimi olsanız nə edərdiniz? Onların bir faizini oxumursunuz. O ki qaldı opera ifaçılarına... Onlara sayqı ilə yanaşmaq lazımdır, Azərbaycanın o boyda sənətkarları var: Fidan və Xuraman Qasımovalar, Ramil Qasımov, Samir Cəfərov, Yusif Eyvazov. Dağıl ay dünya" sözlərini deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!