“Hansısa vəzifəli şəxsin...” - Xatirə icra başçısına müraciət etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Hansısa vəzifəli şəxsin...” - Xatirə icra başçısına müraciət etdi - Video

Şou

12 Yanvar 2020 15:38 2901


Tanınmış müğənni Xatirə İslam yollarının pis vəziyyətdə olmasını əks etdirən görüntüləri "İnstagram" hesabında paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, müğənni artıq 7 aydır yaşadığı Novxanı qəsəbəsində yolların pis vəziyyətdə olmasından gileylənib. Xatirə İslamın sözlərinə görə, yol ərazidə aparılan qazıntı işlərində sonra bu vəziyyətə düşüb.

İfaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib: pizza mizza

“Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik. Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.

Müğənninin videonun sonunda evinə getmək üçün israrla batıb qalan maşının yanından öz avtomobili ilə həmin maşını əzməsi görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!