“Hara baxırsan, 3 dılğırı görürsən” - Nadir kimləri hədəfə aldı?

saytların hazırlanması

Evə çatdırılma

“Hara baxırsan, 3 dılğırı görürsən” - Nadir kimləri hədəfə aldı?

Şou

01 Mart 2024 17:17 884


Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib.

"Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyub kənara, ancaq bu 3 əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar. pizza sifarişi

Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 dılğır cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 dılğıra.

Bunlar alimdir, professordur, hərbiçidir, incəsənət xadimidir, kimdi bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur bax".

Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı 3 tiktokeri nəzərdə tutduğu yazılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!