“Haribo” yeyən uşaq komaya düşüb

saytların hazırlanması

Evə çatdırılma

“Haribo” yeyən uşaq komaya düşüb

Dünya

04 İyun 2025 16:33 357


Hollandiyada 2 uşaq tərkibində marixuana olan "Haribo" yedikdən sonra zəhərlənib, biri komaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "NL Times" portalı Hollandiyanın Almelo şəhərindəki xəstəxanaya istinadən məlumat yayıb.

Bildirilib ki, vəziyyəti ağır olan uşaq ixtisaslaşdırılmış klinikaya yerləşdirilib. Dominos pizza

"Hər iki uşaq indi özlərini yaxşı hiss edir", - deyə xəstəxanadan bildirilib.

Tibb müəssisəsi qurbanların ailələrinin şəxsi məlumatını qorumaq üçün hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib. Portal xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, daha əvvəl Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!