“Hatayspor“ Türkiyə Superliqasında çıxışını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Hatayspor“ Türkiyə Superliqasında çıxışını dayandırdı

İdman

09 Fevral 2023 23:30 916


Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri olan Hatayı təmsil edən "Hatayspor" Superliqada çıxışını dayandırıb. 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu bildirib: 

"Hatayspor" bununla bağlı TFF-yə məktub göndərib. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik. Bu durumda Süperliqadan 4 yox, 2 komanda 1-ci liqaya düşəcək. 1-ci liqadan isə 3 komanda elitaya yüksələcək".  pizza

Qeyd edək ki, "Hatayspor"un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Demireldir. 

Son məlumatlara əsasən qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!