Hava ilə bağlı xəbərdarlıq yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı xəbərdarlıq yayıldı

Sosial

11 Oktyabr 2025 09:50 3000


"Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır".

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib.

"Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Toyuqlu pizza

Bununla yanaşı, küləkli, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, bu tip nəqliyyat vasitələrinin sürücülərindən xüsusilə ehtiyatlı olmağı xahiş edirik", - müraciətdə bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!