Hava KƏSKİN DƏYİŞİR - Bu ərazilərdə   temperatur 3 dərəcəyə ENƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Hava KƏSKİN DƏYİŞİR - Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

Sosial

11 Noyabr 2025 12:17 17324


Azərbaycan ərazisində noyabrın 12-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. pizza mizza

Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!