Təyyarə səfərinin vaxtını unudan qadın hava limanında olan digər şəxslərə qorxulu anlar yaşadıb.
Yenisabah.az xəbər verir ki, hadisə Çikaqonun “O'Hare” Beynəlxalq Hava Limanında baş verib. Paylaşılan videoda uçuşa gecikdiyini öyrəndikdən sonra qəzəbli qadın baqaj yoxlama masasına hücum edib. İşçilərdən biri onu arxadan itələdikdə qadın kompüter monitorunu götürərək işçinin üstünə atıb və digərinin qarnına vurub. Sonra isə başqa komputerləri yerə çırpıb. Bununla əsəbi soyumayan qadın daha sonra hava limanında çalışanlara təhqirlər səsləndirib.
Polis sərnişinin bu hadisədən sonra hava limanından qaçdığını bildirib. Dominos pizza
Şeyla Səmiyeva
Telegram kanalımız