İstanbulda axşam saatlarında yağan leysan yağış hava nəqliyyatına da mənfi təsir göstərib.
Yenisabah.az xəbər verir ki, hava sahəsində təyyarələr turbulentlik riski səbəbiylə çətin anlar yaşanıb.
İstanbulda axşam saatlarından etibarən, təsirini artıran güclü külək hava nəqliyyatına mənfi təsir göstərib. İstanbul Sahiba Gökçen Hava Limanına enmək üçün yaxınlaşan təyyarələr güclü küləyə ilişməmək və uçuşu riskə atmamaq üçün havada dövrə vurub. pizza mizza
Turbulentlikdən qaçmaq üçün davamlı dövrə vuran və yanacaq böhranı ilə qarşılaşan pilotlar İzmir başda olmaqla ətraf hava limanlarına eniş etməli olub.
Aytac Şahin
Telegram kanalımız