Hava limanlarının fəaliyyətində ciddi fasilələr ola bilər - ABŞ-də nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Hava limanlarının fəaliyyətində ciddi fasilələr ola bilər - ABŞ-də nə baş verir?

Dünya

24 Oktyabr 2025 00:22 256


Ağ Ev hesab edir ki, şatdaun etsə, ABŞ-ni tətil günləri də daxil olmaqla aviareyslərin kütləvi yubanmları və ləğvini gözləyir.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.

"Demokratlar şatdaunu uzatsalar, bizi ölkənin əsas hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvləri gözləyir", - o deyib. Dominos pizza

Onun sözlərinə görə, narahatlıqlar xüsusilə ABŞ- də noyabrın sonunda qeyd olunan Şükranlıq gününün yaxınlaşması ilə əlaqədardır - bu zaman hava limanları xüsusən yüklənir.

Ağ Ev hesab edir ki, hökumətin işini dayandırması ABŞ-nin hava təhlükəsizliyini təhlükə altına qoyur.

Xatırladaq ki, oktyabrın 1-də saat 12:00-dan (Bakı vaxtı ilə saat 8:00) başlayaraq ABŞ-nin dövlət qurumları Konqres onların əməliyyatlarının maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini razılaşdıra bilmədikdən sonra fəaliyyətini dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!