Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

saytların hazırlanması

Evə çatdırılma

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

Hadisə

23 Aprel 2021 17:25 618


Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında  tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

Xidmətdən yenisabah.az-a verilən məlumata görə, 22 aprel tarixində gün ərzində tozla bağlı orta  çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı  normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub. 

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Marqarita pizza

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi  (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!