“Qara dəniz üzərində formalaşan nisbətən soyuq hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində iyun ayının 29-u axşamdan başlayaraq iyunun 30-u və bu gun hava şəraiti dəyişib, qeyri-sabit keçib”.
Bunu “Yeni Sabah”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.
Yay fəslinin olmasına baxmayaraq, havaların kəskin soyumasının səbəblərindən danışan A. Verdiyev bunun iyulun 2-dək davam edəcəyini bildirib: Pepperoni pizza
“Hava şəraitinin ayın 2-dən başlayaraq artıq rayonlarda yağmursuz keçəcəyi və tədricən havanin tempraturunun yüksələcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında ayın 2-də hazırda əsən bu külək mülayim cənub qərb küləyi ilə əvəz olunacaq”.
Sabrina Eynullayeva
Telegram kanalımız