Havanın temperaturu 10 dərəcə aşağı düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Havanın temperaturu 10 dərəcə aşağı düşəcək

Sosial

28 İyun 2019 11:57 1015


Sabah gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.  

Havanın temperaturu  Abşeron yarımadasında  gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə  isti təşkil edəcək. Marqarita pizza

Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 30-35 faiz olacaq.   

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19,  gündüz  22-27 dərəcə  isti təşkil edəcək 

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!