Havanın temperaturu bu tarixdə yüksələcək

saytların hazırlanması

Evə çatdırılma

Havanın temperaturu bu tarixdə yüksələcək

Sosial

15 Sentyabr 2025 09:00 44929


Hazırda oxunan: Havanın temperaturu bu tarixdə yüksələcək

Son günlər Azərbaycanda havanın tez-tez dəyişməsi və yay fəslinin gözləniləndən sərin keçməsi vətəndaşların diqqətini çəkib və müxtəlif suallar doğurub.

“Yeni Sabah” xəbər verir ki, iqlimşünas Qorxmaz İbrahimli baku.ws-ə bildirib ki, bu il yay fəsli digər illərə nisbətən daha sərin keçib. Sezar pizza

 "Düzdür, bir neçə gün ərzində isti hava müşahidə olundu, lakin ümumilikdə yay sərin keçdi. Bu hal iqlim dəyişikliyi ilə əlaqələndirilə bilməz. Belə dövri dəyişikliklər 10-15 ildə bir baş verə bilər. Məsələn, üç il bundan əvvəl də yay sərin keçmişdi", - ekspert qeyd edib.

İbrahimli əlavə edib ki, Azərbaycan ərazisi və region Şimaldan gələn hava kütlələrinin təsiri altındadır və buna görə də hava şəraitində belə dövri dəyişikliklər normal sayılır. Ekspertin proqnozuna görə, sentyabrın ikinci yarısından etibarən hava normallaşacaq və oktyabr-noyabr ayları ölkə ərazisində mülayim keçəcək.

Ekspert həmçinin vətəndaşlara xəbərdarlıq edib ki, belə dövri hava dəyişiklikləri təbii haldır və qorxulacaq heç nə yoxdur, lakin düzgün geyim və şəxsi ehtiyat tədbirləri vacibdir.

İnsanlar bu tip hava dəyişikliklərinə hazırlıqlı olmalı, xüsusilə həssas qruplar - uşaqlar və yaşlılar diqqətli olmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...hani tarix?!!!!!…...
    8 months ago