Havanın temperaturu kəskin aşağı enəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Havanın temperaturu kəskin aşağı enəcək - XƏBƏRDARLIQ

Sosial

03 Dekabr 2019 11:18 1003


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Respublikanın rayonlarında isə dekabrın 4-ü axşamdan 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.  pizza sifarişi

Havanın temperaturu dekabrın 5-də 3-5 dərəcə aşağı enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!