Havaya atəş açan nazir istefa verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Havaya atəş açan nazir istefa verdi - Foto

Hadisə

19 Yanvar 2025 16:43 2313


Xorvatiya Baş nazirinin müavini və kənd təsərrüfatı naziri Josip Dabro istefa verib.

APA-nın xəbərinə görə, Josip Dabro bu barədə “Facebbook”da paylaşım edib.

Qeyd edək ki, bir gün öncə sağ yönümlü Vətən Hərəkatı Partiyasından hökumətdə təmsil olunan 42 yaşlı Josip Dabronun musiqi dinləyərkən hərəkətdə olan avtomobilin pəncərəsindən tapança ilə atəş açdığını əks etdirən görüntü yayılıb. Xorvatiya hökuməti onun davranışlarını “uyğunsuz və məsuliyyətsiz” adlandırıb. Dördpendirli pizza

Josip Dabro paylaşımında bildirib ki, görüntü bir neçə il əvvələ aiddir, tapançadan boş patrondan atəş açılıb. Josip Dabro qeyd edib ki, şəxsi vəziyyəti hökuməti və nazirliyi prioritetlərindən yayındırmamalı və ya zəruri islahatları gecikdirməməlidir. Sabiq nazir istefa məktubunda hökuməti də işini davam etdirməyə çağırıb.

Baş verənlərə baxmayaraq Vətən Hərəkatı Partiyasının lideri İvan Penava hakim koalisiyada təmsilçiliklərini davam etdirəcəyini açıqlayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!