“Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq” - Danielyan

saytların hazırlanması

Evə çatdırılma

“Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq” - Danielyan

Siyasət

24 Sentyabr 2024 21:42 20385


Ermənistan hökuməti və onun beynəlxalq tərəfdaşları xəbərdarlıq edirlər ki, bir neçə soyuq qışa və hətta aclığa hazırlaşmalıyıq.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Biz hansı fəlakət və ya nəyə hazır olmalıyıq? Cavab bəllidir, nəhayət, Rusiyanın təsirindən qurtulmaq üçün rus qazından imtina etməliyik, bizə eyham vururlar. Sezar pizza

Nəyə görə? İlk növbədə hərbi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması xatirinə. Bu da təsadüfi deyil, Rusiyadan da eyham vururlar ki, təkcə qazla qurtula bilməyəcəksiniz, taxılın 90 faizini də bizdən ixrac edirsiniz”, - ekspert vurğulayıb.

Danielyan hesab edir ki, bu durum başlamamış Ermənistandan kənara kütləvi köç başlayacaq:

“Qayıdaq soyuğa, qaranlığa, aclığa. Əgər 90-cı illərdə niyə (Azərbaycan ərazilərinin işğal edilməsinə görə - red.) məhrumiyyətlərə məruz qaldığımızı bilirdiksə və əhalinin böyük hissəsi bu sınaqlara dözürdüsə, yüz minlərlə insan gedirdisə, indi bütün bunların təkrarlanmasına niyə hazırlaşdığımız bəlli deyil. Bu dəfə çox adamın Ermənistanda qalacağı ehtimalı yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!