“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Hazırda bizə mane olan yoxdur” – Politoloq cəbhədəki vəziyyətdən danışdı

Siyasət

14 İyul 2020 19:47 1006


"Son 2 günün müşahidəsi ondan xəbər verir ki, kənardan Azərbaycana təzyiq yoxdur. Yəni ordumuz rahat işini görə bilər. Doğrudur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərə müraciət edərək atəşi dayandırmağı istəyib. Ancaq nə Azərbaycan, nə də elə Ermənistan bu çağırışa məhəl qoymur".

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq, "Atlas Araşdırmalar Mərkəzi"nin rəhbəri Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bidlirib ki, hazırda elə şərait yaranıb ki, əvvəlki kimi bizə mane olan yoxdur: Dominos pizza

"O biri dövlətlərdən və beynəlxalq təşkilatlardan ümumi çağırışlar və bayanatlar var ki, onlar da hərbi əməliyyatı dayadırmaq gücünə malik deyil. Başqa sözlə hələ ki, bizə mane olan yoxdur. Ona görə münbit şəraitdən istifadə edərək tədricən Dağlıq Qarabağ istiqamətində əsas problemlərin həllinə keçmək olar.

2016-cı ilin aprel döyüşlərindən nəticə çıxaraq bu dəfə Moskvanın təzyiqinə bir cümlə ilə cavab vermək lazım gələcək: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər atəşin dayandırılacağına təminat verə bilmərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!